Polislər suya girərək qadını və azyaşlı uşağı xilas etdilər - Azərbaycanda - FOTO
Fevralın 18-də saat 19 radələrində Bakı-Qazax yolunun Ağdaş rayonunun Ləki qəsəbəsi ərazisində Yol Patrul avtomobilində xidmət aparan yol polisi əməkdaşları Natiq Hüseynov və Ruslan Həsənov leysan xarakterli yağışlı havada qarşıdan gələn “Mercedes” markalı avtomobilin idarəetməni itirərək yoldan çıxaraq qamışlığa tərəf getdiyini və gözdən itdiyini görüblər.
Minval.İnfo xəbər verir ki, tez həmin istiqamətə yollanan yol polisi əməkdaşları maşının su kanalına aşdığını aşkar ediblər. Dərhal bu barədə xidmət rəhbərliyinə, FHN-ə və Təcili Tibbi Yardıma xəbər verərək avtomobildə olanları xilas etmək üçün kanala giriblər.
Suya qərq olmuş və salonu tamamilə su ilə dolmuş maşının qapısını güclə açaraq oradan qadını və azyaşlı uşağı xilas edə biliblər. Uşaq boğulmuş vəziyyətdə olduğundan onu bu vəziyyətdən xilas edərək, çətinliklə həyata qaytarıblar. Təəssüf ki, bütün cəhdlərə baxmayaraq, sürücünün həyatını xilas etmək mümkün olmayıb.
Qadın və uşağı yolun kənarına çıxaran yol polisi əməkdaşları əyinlərindəki paltarlarla onları bükərək yoldan keçən maşınla təcili Ağdaş rayon Mərkəzi Xəstəxanasına yola salıblar.
Baş Dövlət Yol Polisi İdarəsinin 8-ci taqımının komandiri, polis mayoru Etibar İbrahimov bildirdi ki, yol polisi əməkdaşları hadisənin şahidi olmasaydı, yəqin ki, onların kanala düşməsindən xəbər tutanda çox gecikərdik və onları xilas etmək mümkün olmazdı.
Avtomobil FHN-in xilasetmə qüvvələri tərəfindən avtokran vasitəsi ilə kanaldan çıxarılıb. Orada sıxılmış vəziyyətdə qalmış sürücü – Oruc Hümmətzadənin cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tovuzda evlərdən pul və qızıl-zinət əşyaları oğurlayan qohumlar tutulub
SON DƏQİQƏ! Azərbaycanda hərbi vəziyyət ləğv olunur
"Çelsi" - "Arsenal" matçını canlı yayımlayacaq kanallar - SİYAHI
Ukrayna ordusu Zaporejyedə daha 5 yaşayış məntəqəsini işğaldan azad edib
Türkmənistan prezidentindən öz ad günündə gözlənilməz davranış
Ermənilərin Dağlıq Qarabağa köçürüldüyünü sübut edən abidə FOTO