“Polisi təhqir etməyi yolverilməz sayıram, polis olmasa ölkəni xaos bürüyər”
“Polis institutunu, polis nəfərlərini təhqir etməyi yolverilməz sayıram. Polisi nüfuzdan salmaq və aşağılamaq cəmiyyətin sütunlarını qazımaqdır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.
Deputat qeyd edib ki, polis olmasa, ölkəni xaos bürüyər:
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
“Polis olmasa, ölkəni xaos bürüyər, güclü gücsüzü əzər, cinayətkarlıq tüğyan edər, gecələr heç kim qorxusundan çölə çıxmaz. Bu gün vətəndaşlarımız gecələr belə təhlükəsiz şəkildə gəzib dolaşa bilirsə, bunu dəyərləndirmək lazımdır”.
Razi Nurullayev fikirlərinə bu cür davam edib: “Polis ciddi orqandır və təbii ki, həbslər həyata keçirən zaman narazı qalanlar olur. Amma bəs digərlərinin təhlükəsizliyi necə qorunsun? Polis narkotik satanı, uşaqları zəhərləyib məhv edənləri, cinayət törədənləri həbs etməsin?”.
Deputat Azərbaycandakı təhlükəsizliyin az ölkələrdə olduğunu deyib: “Çox ölkələrdə olmuşam, amma sayılı ölkələrdə Azərbaycanda olan qədər təhlükəsizlik var. Bir çox ölkələrdə, şəhərlərdə gecələr çölə çıxmaq tövsiyə olunmur”.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
“Təəssüf edirəm ki, baxış, qazanc və digər məqsədlər üçün sosial şəbəkələri qaydasız döyüş rinqinə çevirənlərin sayı xeylidir. Sosial şəbəkələri təhqir yuvasına çevirənlərə qarşı ən sərt tədbirlərin görülməsinin tərəfdarıyam”, – deyə deputat əlavə edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı