Paşinyanın konstitusiya dilemması: Azərbaycanla sülhə Aparan çətin yol
Ermənistanda yeni konstitusiya layihəsinin hazırlanması istiqamətində işlər davam edir. Ölkə hökuməti bu layihəni payızda ictimaiyyətə təqdim etməyi planlaşdırır.
Minval.info xəbər verir ki, layihənin referenduma çıxarılması üçün baş nazir Nikol Paşinyanın partiyasının parlamentdə kifayət qədər mandatı yoxdur. Bunun üçün müxalifətdən əlavə dəstək tələb olunur, lakin müxalifət bu təklifi qəbul etmir.
Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasından ərazi iddialarının çıxarılması şərt kimi irəli sürülüb. Bu səbəbdən, Ermənistan hökuməti bu problemi necə həll edəcəyini araşdırır.
Hüquqşünas Qulamhüseyn Əlibəyli bildirir ki, əhalinin 300 min imzası toplanarsa, konstitusiya layihəsi referenduma çıxarıla bilər. Bu halda referendumun keçirilməsi məcburi olacaq və Paşinyanın bu imzaları toplamaq gücündə olduğu düşünülür.
Alternativ olaraq, müxalifətdən olan 6 deputatın dəstəyi ilə layihə parlamentdə qəbul edilə bilər. Lakin müxalifətin mövqeyi bu variantı çətinləşdirir. Bu səbəbdən, hökumət ehtimal ki, əhalinin imza toplaması yolu ilə referenduma gedəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib