Paşinyanın beşillik hədəfləri: Ermənistanın yeni yol xəritəsi və regionda sülh axtarışı
Nikol Paşinyan, seçkilərdən sonra yeni hökuməti qurmağa hazırlaşarkən, Ermənistanın gələcək beş ilində izləyəcəyi siyasi istiqamət barədə bəzi mesajlar verib. O, bu müddətin ölkə üçün həm yeni imkanlar, həm də ciddi çağırışlar gətirəcəyini vurğulayıb.
Minval.info xəbər verir ki, Paşinyanın planları arasında Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılması xüsusi yer tutur. Siyasi analitiklər hesab edir ki, bu, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması ilə mümkündür. Bu məqsədlə Ermənistanın konstitusiya dəyişikliyinə gedəcəyi gözlənilir.
Bundan əlavə, Ermənistanın nəqliyyat və kommunikasiya sahəsində də yeni addımlar atacağı bildirilir. Şimal-cənub marşrutu üzrə Ermənistanın İran və Hindistana çıxışı təmin etmək üçün tədbirlər görəcəyi qeyd edilir. Bu marşrutun təhlükəsizliyi ilə bağlı bəzi problemlər olsa da, onun işə düşməsi ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmağa kömək edə bilər.
Ermənistanda kilsənin rolunun azaldılması və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də addımlar atıla bilər. Ölkədə siyasi islahatların həyata keçirilməsi və kilsənin konstitusiyadakı rolunun yenidən nəzərdən keçirilməsi gözlənilir.
Paşinyanın planları arasında Ermənistanın Rusiya asıllığından qurtulması və Avropa İttifaqına inteqrasiya istiqamətində addımlar atılması da yer alır. Bu çərçivədə ölkə qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması və istehsal olunan məhsulların Aİ standartlarına uyğunluğunun təmin edilməsi üçün işlər görüləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib