Paşinyan TRIPP layihəsinin marşrutunu açıqladı
Ermənistanın baş naziri Nikol Paşinyan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP layihəsi) çərçivəsində nəzərdə tutulan dəmir yolunun marşrutunu açıqlayıb. O, bu barədə Ermənistan parlamentində hökumətin 2026-2031-ci illər üzrə proqramını təqdim edərkən məlumat verib.
Minval.info xəbər verir ki, Paşinyanın açıqlamasına görə, dəmir yolu Ermənistanın cənubunda, sovet dövründə mövcud olmuş xətt üzrə, Nrnadzor-Aqarak istiqamətində, Araz çayının sahili boyunca uzanacaq. Bu marşrut Ermənistanı Azərbaycan ərazisi vasitəsilə Rusiya və Mərkəzi Asiya ölkələri ilə birləşdirəcək. Aqarakdan yük qatarlarının Naxçıvana hərəkəti də nəzərdə tutulur.
TRIPP layihəsi çərçivəsində Sünikdən keçən strateji tranzit marşrutunun yaradılması planlaşdırılır. Layihənin Ermənistanın yurisdiksiyası çərçivəsində fəaliyyət göstərəcəyi və ölkənin suverenliyinə toxunmayacağı bildirilib. Xatırladaq ki, TRIPP üzrə çərçivə sazişi 2026-cı ilin 26 may tarixində ABŞ və Ermənistan arasında İrəvanda paraflanıb və iyunun əvvəlində imzalanıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib