Öz bacılarını və azyaşlı bacısı qızını zorladı - Azərbaycanda dəhşətli hadisə - VİDEO
Hər şey 14 yaşlı qızın etirafı ilə oraya çıxıb.
Bakıda 5 yaşlı uşaq 8 il müddətində dayısı tərəfindən mütamadi olaraq zorlanıb. Jalə (ar şərtidir) 3 yaşında ikən onun valideynləri boşanıb.
Nə anası, nə də atası balaca qıza sahib çıxıb. Jalə xalasının himayəsində qalıb. Hadisə də ondan sonra baş verib.
Minval.İnfo xəbər verir ki, balaca qız illərlə doğma dayısı tərəfindən təcavüzə uğrayıb. Bu haqda dəfələrlə atasına desə də, faydası olmayıb. Nə nənəsi, nə də anası ona inanmayıb. Dayısı da onu bununla hədələyib: “Onsuz da sənən inanmırlar. Çox hay-küy salsan səni döyərəm”.
Jalə deyir ki, nənəsi, xalası harasa gedəndə o, evdə tək qalırmış. Dayısı da həmin iyrənc addımını elə həmin anlarda atırmış. O, bunlardan qaçmaq üçün atasının yanına gedib. Amma ögey anası onu orada qalmasına icazə verməyib. Balaca Jalə məcbur qalıb təcavüzə uğradığı evə geri dönüb.
Sonradan məlum olub ki, qızın dayısı cinsi azlığın nümayəndəsi imiş. O, öz bacılarına qarşı da cinsi zorakılıq edib. Hazırda məsələyə hüquq-mühafizə orqanları da qarışıb.
Məsələ ilə bağlı araşdırma aparılır. Əgər məhkəmədə şəxsin günahı öz təstiqini taparsa onu 16 ilə qədər həbc cəzası gözləyir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb