Novxanıda adamı döyüb, maşınla sürüdülər - Polis 5 aydır, cinayətkarları tapmır - VİDEO
Abşeron rayon sakini ona qarşı dələduzluq edən şəxsin tapılmamasından şikayətçidir.
Novxanı kəndində xırda ticarətlə məşğul olan Elxan Rüstəmov Bakupost.az -a bildirib ki, ötən ilin oktyabrın 10-da, ona qarşı dələduzluq edən, xəsarət yetirən şəxsləri polis tapmır:
“Həmin gün “Ford” markalı maşınımla gedərkən qarşıda çox yavaş sürətlə hərəkət edən avtomobili ötüb getmək istədim, amma yol vermədilər, mən də sağ tərəfdən, yolun torpaq hissəsindən keçib getdim. Kənddə çatıb işimi həll edəndən sonra, oradan çıxar-çıxmaz “Oba” market yanında həmin avtomobil yolun hərəkət hissəsində dayanıb, qarşımı kəsdi və avtomobildən düşən 2 nəfər təhqiramiz ifadələr işlətməyə başladılar. Guya, mən onları sağdan keçməklə hörmətsizlik etmişəm. Maşının sürücüsü “Ford”a hücum edib, şüşəsini qırdı. Şüşənin bütün qırıqları gözümə doldu. Sonra maşına minib getmək istəyəndə, sürücünün sükanından tutub saxlamaq istədim, o isə avtomobili saxlamayıb, məni asfaltla sürüməyə başladı. Bütün bunlar həmin marketin kamera görüntülərində var. Sonradan xəstəxanaya getdim bir müddət xəsarətlərin sağalması üçün müalicə aldım”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb