Netflix və eBay Azərbaycanda vergi ödəyəcək!
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb olunması ilə bağlı yeni mexanizm sentyabrın 1-dən etibarən tətbiq ediləcək. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, ölkəmizdə vergi uçotunda olmayan şəxslərə elektron xidmətlər göstərən qeyri-rezident elektron ticarət platformalarının illik dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdə, həmin şirkətlər 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalıdırlar.
Minval.info xəbər verir ki, Dövlət Vergi Xidməti yeni qaydaların tətbiqinə hazırlıq məqsədilə qeyri-rezident elektron ticarət platformaları ilə məlumatlandırma və kommunikasiya işləri aparır. Hazırda qeydiyyat prosesi davam edir və qeydiyyata alınmış platformalar barədə məlumat Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilir.
Yeni mexanizm yalnız vergi orqanlarında uçotda olmayan şəxslərə göstərilən elektron xidmətlərə şamil edilir. Belə şəxslərə təqdim edilən rəqəmsal xidmətlər üzrə ƏDV qeyri-rezidentlər tərəfindən dövlət büdcəsinə ödəniləcək. Vergi uçotunda olan şəxslər isə qeyri-rezident platformaların sistemində VÖEN-lərini düzgün qeyd etməlidirlər ki, ƏDV xidmətin dəyərinə əlavə edilməsin və vergi ödəyicisi tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanaraq dövlət büdcəsinə ödənilsin.
Qeyd edək ki, Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü il tarixli qərarına əsasən, elektron ticarət çərçivəsində təqdim edilən iş və xidmətlərə elektron kitabların, musiqi, audio və video materialların, qrafik təsvirlərin, virtual oyunların və proqram təminatlarının yüklənməsi, internetdə reklamların yerləşdirilməsi və digər oxşar xidmətlər daxildir.
Əlavə olaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha 4 beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. Bunlar ABŞ-ın “Anthropic, PBC” və “Aghanim Inc.”, İsveçrənin “eBay Marketplaces GmbH” və Niderlandın “Netfliks International B.V.” şirkətləridir. Bu şirkətlərin ƏDV məqsədləri üçün qeydiyyatı 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026