Netanyahudan Qəzzadakı hərbi əməliyyatla bağlı TƏCİLİ AÇIQLAMA
İsrailin Qəzzada radikal HƏMAS hərəkatının hücumuna cavab olaraq başlatdığı hərbi əməliyyat üçüncü mərhələyə daxil olub.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu hökumətin iclasında bildirib.
“Biz müharibənin ortasındayıq. Qarşımıza HƏMAS-ın hərbi və inzibati potensialını məhv etmək məqsədi qoymuşuq. Biz bunu sistemli şəkildə edirik. İlkin bloklama mərhələsi tamamlandı. İkinci mərhələ davamlı olaraq hava hücumlarıdır. Üçüncü mərhələ isə Qəzza zolağına qurudan nüfuzun genişləndirilməsidir. IDF bunu ölçülü, çox güclü addımlarla, sistemli şəkildə edir”, – o deyib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Netanyahu əlavə edib ki, Qəzza zolağı daxilində quru əməliyyatlarına HƏMAS tərəfdarları tərəfindən saxlanılan girovların azad edilməsi səyləri də daxildir.
“Bu manevr hətta girovların azad edilməsi üçün imkanlar açır və biz bunu əldən verməyəcəyik. Bu vaxt aparacaq, gözlənilməz maneələr, çətinliklər və itkilər olacaq. Amma sonda sizə bir şey vəd edirəm, HƏMAS yıxılacaq, məğlub olacaq və başqa Qəzza olacaq”, – deyə o bildirib.
Baş nazir həmçinin qeyd edib ki, İsrail ordusu Livandan hücumların davam etdiyi şimal sərhədlərində yüksək döyüş hazırlığı vəziyyətindədir:
“Paralel olaraq, biz şimal cəbhəsi üzərində fəal işləyirik. “Hizbullah”a bir daha deyirəm, əməliyyata müdaxilə etmək qərarına gəlsəniz, həyatınızın səhvini edəcəksiniz. Təsəvvür etmədiyiniz bir zərbə alacaqsınız”.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda