Neftçi tarix yazır: Ən bahalı transfer reallaşır!
Neftçi futbol klubu tarixində ən yüksək məbləğdə transferi həyata keçirməyə hazırlaşır. Klubun əsas oyunçularından biri olan İmad Faraj, komandadan ayrılaraq Tunis təmsilçisi Esperans klubuna keçəcək.
Minval.info xəbər verir ki, uzun müddət davam edən danışıqlar nəticəsində Tunis klubu, Neftçi ilə razılığa gəlib. Bu transfer üçün Esperans, Azərbaycan klubuna 1,5 milyon avrodan çox təzminat ödəyəcək. Bu məbləğ, Neftçi klubunun tarixində ən bahalı satış kimi qeydə alınacaq.
Farajın xidmətində bir neçə başqa klub da maraqlı olub, lakin Esperansın təklif etdiyi məbləğ digər təklifləri üstələyib və Neftçi transferin baş tutmasına razılıq verib. Xatırladaq ki, fransalı sağ vinger 2025-ci ildə Neftçi ilə 3 illik müqavilə imzalamışdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib