Neft və qızılın bahalaşması: Maaşlar artır?
Son dövrlərdə dünya bazarında neft və qızılın qiymətinin artması müşahidə olunur. Bu bahalaşmanın Azərbaycan iqtisadiyyatına və vətəndaşlarına müsbət təsir edəcəyi gözlənilir. Xüsusilə neftin qiymətinin yüksəlməsi ölkəyə əlavə gəlir gətirə bilər.
Minval.info xəbər verir ki, iqtisadçı Emin Qəribli bu il neft ixracından əldə olunan gəlirlərin əhəmiyyətli dərəcədə artdığını bildirib. O qeyd edib ki, qızılın da ixracda mühüm rolu var və bu məhsulların qiymətinin artması ölkə üçün müsbət nəticələr doğurur. Bu, vergi və gömrük ödənişlərinin də artmasına səbəb olur.
Emin Qəribli vurğulayıb ki, neft-qaz sektorundan əldə edilən gəlirlər büdcənin əsas mənbələrindən biridir. Neftin qiymətinin artması, hətta ixrac həcmi azalsa belə, gəlirlərin artmasına səbəb olur. İxracın dəyəri və qiymətlər artdıqca ölkənin valyuta və qızıl ehtiyatları da artır. Bu artımlar sosial ödənişlərə, maaş və pensiyaların yüksəlməsinə imkan yaradır.
Ekspertin fikrincə, neft və qızılın bahalaşması iqtisadi təhlükəsizliyimiz baxımından da vacibdir. Çünki dövlət sektorunda çalışan insanların maaşları büdcə hesabına formalaşır və neftin qiymətinin artımı gələcək büdcələrdə də nəzərə alınır. Gəlirlərin artması dövlət sektorunda çalışan insanların gəlirlərinə də müsbət təsir göstərə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda mənzillərin qiyməti nə üçün durmadan BAHALAŞIR? - SƏBƏB
Sabahın havası açıqlandı
Təhsil haqları ailə büdcəsinə necə təsir edir?
Bakı metrosunda 4 stansiya üçün yeni marşrutlar
Minimum əməkhaqqı 660 manata yüksəlir?
Heydər Əliyev Mərkəzi Özbəkistan bayrağı ilə işıqlandı
Bakıda 46 küçə yeniləndi: Təmir davam edir!