12.08.2026 - 09:56
Ölkə 43 baxış

Naxçıvanda dəmir yolu inqilabı: Zəngəzur dəhlizi ilə böyük əlaqə planı!

Azərbaycan Dəmir Yolları QSC (ADY), Naxçıvan Muxtar Respublikasında dəmir yolu şəbəkəsinin yenidən qurulması işlərinə start verib. Bu layihə çərçivəsində Azərbaycan–Ermənistan sərhədindən Ordubad istiqamətinə uzanan dəmir yolunda tikinti işləri həyata keçirilir.

Minval.info xəbər verir ki, 2025-ci ilin sonlarından başlayan layihələndirmə və tikinti işlərinin birinci mərhələsi Salamməlik, Ordubad, Aza və Culfa sahələrini əhatə edir. Hazırda Azərbaycan–Ermənistan sərhədindən Ordubad istiqamətində ilk 7 kilometrlik sahədə tikinti işləri aparılır.

Xəttin ümumi uzunluğu 194 kilometr, yan yollarla birlikdə isə 264 kilometrdir. Dəmir yolu boyunca ümumilikdə 814 mühəndis qurğusunun inşası və yenidən qurulması planlaşdırılır. Bu qurğular arasında 10 stansiya, 3 platforma, 29 körpü və 11 yolötürücü yer alır. Marşrut boyunca yerləşən 12 qoruyucu qalereya əsaslı şəkildə yenidən qurulur. Eyni zamanda, yolötürücülər, beton kanallar və digər mühəndis qurğuları üzrə işlər davam etdirilir.

Hazırda 6 kilometrlik hissədə torpaq işləri tamamlanıb, Salamməlik stansiyasından başlayaraq 700 metrlik hissədə yeni rels-şpal çərçivələri quraşdırılıb. Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.

Naxçıvanda yenidən qurulan dəmir yolu şəbəkəsi Ordubad tərəfdən, Horadiz–Ağbənd dəmir yolu xətti isə Azərbaycanın əsas hissəsindən Zəngəzur dəhlizinə qoşulacaq. Bu, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında birbaşa dəmir yolu əlaqəsinin formalaşmasına imkan yaradacaq və Türkiyə ilə birbaşa dəmir yolu bağlantısını təmin edəcək.

2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşma çərçivəsində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) yaradılması ilə Zəngəzur dəhlizi boyunca dəmir yolu bağlantısının bərpası nəzərdə tutulur. Hazırda dəhlizin digər istiqamətlərində işlər davam etdirilir: Ələt-Osmanlıda işlərin 60 faizi, Horadiz-Ağbənddə 73 faizi tamamlanıb.

Sabahın havası açıqlandı ƏLAQƏLİ
Bunu da oxu

Sabahın havası açıqlandı

02.09.2026 - 15:31

Yeni bağlantı Orta Dəhlizin imkanlarını genişləndirməklə Avropa və Asiya arasında yükdaşımaların inkişafına, Türkiyə və Avropa bazarlarına çıxışın gücləndirilməsinə töhfə verəcək. Eyni zamanda Zəngəzur dəhlizi Şimal–Cənub nəqliyyat marşrutu ilə bağlantı baxımından da strateji əhəmiyyət daşıyacaq.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: