Namiq Əliyevin adı Vergilər Nazirliyində müavinlər siyahısından çıxarıldı - FOTOFAKT
Vergilər nazirinin müavini Namiq Əliyevin bir müddət öncə istefa ərizəsi yazdığı haqda məlumat vermişdik.
Onun işdən çıxarıldığı artıq rəsmiləşib. Hətta bu gündən onun adı və şəkli Vergilər Nazirliyinin rəsmi internet səhivəsindəki “Rəhbərlik” bölümündən – nazir müavinlərinin siyahısından çıxarılıb.
Bununla da Namiq Əliyevin vəzifəsindən kənarlaşdırıldığı təsdiqlənib. Vergilər Nazirliyinin rəsmi saytında qeyd olunan məlumata görə, hazırda yeni vergilər naziri Mikayıl Cabbarovun 3 müavini var: 1-ci müavin Sahir Məmməxanov, müavinlər Sahib Ələkbərov və İlkin Vəliyev.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Vergilər Nazirliyindən bildirilib ki, Namiq Əliyevin vəzifədən çıxarılması barədə sərəncam yanvarın 12-də verilib.
Namiq Əliyev 2004-cü ilin fevralından vergilər nazirinin müavini işləyirdi. Onun sabiq vergilər naziri Fazil Məmmədova yaxın kadr olduğu, onları qudalıq əlaqələrinin bağladığı söylənilir. Məlumata görə, keçmiş nazirin qızı eks-nazir müavininin oğlu ilə ailə qurub.(modern.az)

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda