Moskvada səfirliyimizə qarşı təxribat: Kimlərdir?
Moskvada Azərbaycan səfirliyinin qonaq evinin qarşısında keçirilən təxribat xarakterli aksiyaya görə məsuliyyəti Eduard Limonovun yaratdığı Milli Bolşevik Partiyasının tərəfdarları öz üzərlərinə götürüblər.
Minval.info xəbər verir ki, bu şəxslər səfirliyin qarşısında Azərbaycan əleyhinə plakatlar yerləşdiriblər. Plakatlarda “Rus vətəndaşlarından əl çəkin!”, “Rus qanı sizin əllərinizdədir!” kimi şüarlar yer alıb.
Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı etiraz bəyanatı yayaraq Rusiya Federasiyasının aidiyyəti qurumlarından bu kimi təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026