25.08.2026 - 17:51
Ölkə 15 baxış

Moka Land-də uşaqlar üçün "1+1" aksiyası!

Bakının Xətai rayonunda yerləşən Moka Land Ailəvi Uşaq Əyləncə Mərkəzi 25-31 avqust tarixlərində ailələr üçün xüsusi ‘1+1’ aksiyası təşkil edir. Bu kampaniya çərçivəsində bir uşaq üçün 20 manatlıq giriş bileti alındıqda, ikinci uşağın girişi pulsuz təmin edilir. Uşaqlar mərkəzin əyləncə imkanlarından heç bir vaxt məhdudiyyəti olmadan istifadə edə bilərlər.

Minval.info xəbər verir ki, Moka Land 1 yaşdan 13 yaşadək uşaqların əyləncəli vaxt keçirməsi və ailələrin övladları ilə birlikdə rahat istirahət etməsi üçün nəzərdə tutulub. Mərkəzdə Zoom, Qum Zonası, Batut və Tarzanka kimi müxtəlif əyləncə zonaları mövcuddur. Bütün bu əyləncə zonalarından istifadə 20 manatlıq giriş qiymətinə daxildir və uşaqlar üçün vaxt məhdudiyyəti tətbiq olunmur.

Mərkəzdəki Qum Zonasında adi qumdan deyil, bakteriyalardan təmizlənmiş və toz yaratmayan xüsusi qumdan istifadə olunur. Bu zona uşaqların daha rahat və təhlükəsiz şəkildə oynaması üçün hazırlanıb. Moka Land həmçinin uşaqların ad günlərinin qeyd olunması üçün geniş imkanlar təqdim edir. Ad günü təşkil edən ailələrdən heç bir depozit tələb olunmur və qonaqlar üçün özəl ad günü otağı və ümumi restoran zonası mövcuddur.

Mərkəzin geniş milli və Avropa mətbəxi həm uşaqlar, həm də böyüklər üçün müxtəlif yemək seçimləri təqdim edir. Ad günü mərasiminin ən maraqlı anlarından biri isə tortun uşaqların sevimli qəhrəmanı Kapitan Moka tərəfindən təqdim edilməsidir. Bundan əlavə, ad günü olan uşaqlar üçün Moka Land-ə giriş pulsuzdur.

‘1+1’ aksiyası ailələrə övladları ilə birlikdə daha sərfəli, rahat və əyləncəli vaxt keçirmək imkanı yaradır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: