MİDA-dan ev vədi ilə dələduzluq: 2 il cəza
Bakıda tanışını aldadaraq 8 min manat əldə edən şəxs cinayət məsuliyyətinə cəlb edilib. Elcan adlı şəxs polisə müraciət edərək tanışı Fəridin ona MİDA-nın Hövsan kompleksində güzəştli şərtlərlə ev alacağına söz verərək xeyli pul aldığını bildirib. Minval.info xəbər verir ki, aparılan araşdırmalar nəticəsində vəsaitin Abşeron rayonu ərazisində verildiyi məlum olub.
Faktla bağlı Fərid Əliyev barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda dələduzluq) maddəsi ilə iş başlanılıb. Fərid taksi sürücüsü olaraq tanışlarına atasının MİDA-da briqadir işlədiyini və onlara evlərin verildiyini yalandan deyib. Bu yolla həmin şəxslərdən xeyli pul alıb. Lakin sonradan məlum olub ki, Fəridin atası hər hansı tikintidə və ya tikinti şirkətində işləmir.
Cinayət işinin başlanmasından sonra Fərid həbs edilib. O, həbsdə olduğu müddətdə Bəhramdan aldığı pulları geri qaytarıb. Məhkəmədə Fərid Əliyev Elcandan aldığı pulları da geri qaytaracağını bildirib və vaxt istəyib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsə 2 il azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə elektron qolbaq yerləşdirilib və həbsdən buraxılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsfəndiyarı məhkəməyə verən iş adamına 13 il həbs
Tulin Ələkbərova və tələbəsi azadlığa buraxıldı
Maskalı şəxs azyaşlılara hücum etdi, saxlanıldı
34 il əvvəl atasını öldürən şəxs həbs edildi
Tupak Şakurun qatili ömürlük həbs cəzası aldı
13 il əvvəlki qətlin təşkilatçısı məhkəmədə
Kürdəmirli oğru qızılları satıb avtomobil aldı