30.09.2026 - 14:09
Məşhur manyak Çikatilonu ifadə verməyə nə məcbur etdi?
Kriminal 3 baxış

Məşhur manyak Çikatilonu ifadə verməyə nə məcbur etdi?

Məşhur qatil Andrey Çikatilonun istintaqa ifadə verməyə necə razılaşdırıldığına dair yeni məlumatlar üzə çıxıb. Bu prosesi həyata keçirən xüsusi mühüm işlər üzrə müstəntiq Amurxan Yandiyev onun istintaqa əməkdaşlıq etməsini təmin edən detalları açıqlayıb.

Minval.info xəbər verir ki, TASS-ın yaydığı məlumata görə, Çikatilonun cinayət işi araşdırılarkən, onun oğlu da cinayət törətməkdə ittiham edilərək saxlanılıb. Müstəntiqlər bu vəziyyətdən istifadə edərək, Çikatilonun oğlunun cinayət məsuliyyətindən qurtulmasına kömək ediblər. Bu isə Çikatilonun istintaqla əməkdaşlığa başlaması üçün əsas səbəb olub.

Müstəntiq Yandiyev qeyd edib ki, Çikatilonun oğlu sonradan yenidən cinayət törədib. Bu dəfə o, hədə-qorxu ilə pul tələb etdiyi üçün həbs olunub. Oğlu, qurbanlarını təhdid edərkən atasının məşhur soyadından istifadə edərək qorxu yaratmağa çalışıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: