17.08.2026 - 11:03
Kriminal 25 baxış

Meşədəki sirli qətl: Təqsirləndirilən şəxs məhkəmədə nə etiraf etdi?

Şəki Ağır Cinayətlər Məhkəməsində Teymur Səfərəliyevin qəsdən adam öldürmə ittihamı ilə bağlı məhkəmə prosesi davam edir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Teymur Səfərəliyev, ona qarşı irəli sürülən ittihamları qismən qəbul edib.

Minval.info xəbər verir ki, Teymur Səfərəliyev məhkəmədə zərərçəkmiş Dəmir Eyvazovu xüsusi amansızlıqla öldürmədiyini bildirib. Onun sözlərinə görə, Dəmir Eyvazov uzun müddət ərzində onu narahat etmiş və müxtəlif dövlət qurumlarına, o cümlədən Qəbələ Rayon Prokurorluğuna şikayətlər etmişdir.

Teymur Səfərəliyev ifadəsində, Dəmir Eyvazovun onun evinə tez-tez gələrək 10 000 manat məbləğində aliment borcunun ödənilməsini tələb etdiyini və böyük oğlunu öldürməklə hədələdiyini iddia edib. Hadisədən bir həftə əvvəl Eyvazov onun həyətinə gələrək video çəkəcəyini və bu videoda Nərminə adlı şəxslə bağlı ifadələr işlətməsini istədiyini qeyd edib.

Hadisə günü isə Teymur Səfərəliyev, Dəmir Eyvazovu götürmək üçün onun olduğu küçəyə gedib. O, əvvəlcə qısa müddətlik işi olduğunu, borclarını ödəməyə gedəcəyini, daha sonra isə birlikdə meşəyə gedə biləcəklərini deyib. Meşəyə çatdıqdan sonra onlar odunları yük avtomobilinə yığmağa başlayıblar. Dəmir Eyvazov, kənddə kömürlərinin olduğunu və onları da birlikdə Nic qəsəbəsinə aparmağı təklif edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: