Menecerdən yazıçının "kolbasa" olayına reaksiya: "Absurddur..."
“Statusu oxuduqdan sonra dərhal məsələni araşdırdım. Lakin Favorit Supermarketin heç bir filialında belə hal yaşanmayıb”.
Minval.info xəbər verir ki, bunu ARAZ Supermarketlər Şəbəkəsində İctimaiyyətlə əlaqələr üzrə menecer Elvin Babayev bildirib. O, yazıçı Şəhriyar Del Garaninin “Favorit” marketlə bağlı yazdıqlarına münasibət bildirərkən qeyd edib.
“Şəhriyar del Gərani adlı facebook istifadəçisinin yazdığı statusla tanış oldum. Ümumilikdə isə marketlərdə çalışan hər bir satıcıya “Araz təlim və inkişaf mərkəzi” tərəfindən müştəri ilə davranış kodeksi, etik davranış kodeksi və s. mövzularda təlim və seminarlar keçirilir. Müştərilərimiz hər hansı bir satıcı barədə şikayət edərsə, şikayət Müştəri xidmətləri şöbəsi və İnsan resursları departamenti tərəfindən araşdırılır. Əgər neqativ hal baş veribsə, personala xəbərdarlıq olunur və etik davranış barədə yenidən təlimatlandırılır. Mağaza personalının dərhal işdən azad olunması isə absurddur” – Elvin Babayev bildirib.
O qeyd edib ki, Şəhriyar del Gərani adlı facebook istifadəçisindən şirkətə heç bir şikayət daxil olmayıb:
“Facebookda yazdığı statusun əsası yoxdur. Məqsədi nədir bilmirəm. Əgər şikayəti varsa bizə bildirə bilər. Bizim üçün bütün müştərilər dəyərlidir”.
Xatırladaq ki, yazıçı Şəhriyar Del Garani “Favorit” marketdə satıcı ilə arasında mübahisə olduğunu bildirib. Bu səbəbdən onu filial müdirinə şikayət etdiyini və işdən çıxartdırdığını qeyd edib.
Mübahisə isə alıcının satıcıdan Rusiya istehsalı kolbasa istəməsi, market işçisinin isə bunun qarşılığında ona “halal” məhsul təklif etməsindən dolayı olub.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib