MedAura" əməliyyatından sonra iflic olan qadın öldü
Bakıda rinoplastika əməliyyatından sonra iflic vəziyyətinə düşən 34 yaşlı qadın vəfat edib. Hadisə ötən gün baş verib.
Minval.info xəbər verir ki, ötən ilin aprel ayında Bakıda yerləşən “MedAura” Klinikasında rinoplastika əməliyyatı keçirən Nigar Budaqlı daha sonra iflic vəziyyətinə düşüb. Uzun müddət müalicə alan qadın ötən gün həyatını itirib.
Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsi “MedAura” Klinikasında rinoplastika əməliyyatından sonra Nigar Budaqlının komaya düşməsi ilə bağlı cinayət işi üzrə hökm elan edib. Lor-estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva səhlənkarlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin hər iki həkimin tibbi fəaliyyətlə məşğul olmaq hüququ 2 il müddətinə əllərindən alınıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
General Zeynalov və kapitan Bayramovun "şabalıd davası" sona çatdı
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi