Maştağada qız qaçıran gənc qəza törətdi
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində qeyri-adi hadisə baş verib. Tavaylıq adlanan ərazidə 23 yaşlı Rüstəm Həbibov (ad-soyad şərtidir) idarə etdiyi “Khazar” markalı avtomobillə bir neçə maşına zərər verib. Hadisə zamanı polis əməkdaşları tərəfindən saxlanılan Rüstəmin bir neçə gün əvvəl tanış olduğu qızı qaçırdığı məlum olub.
Minval.info xəbər verir ki, qızın anası polisə müraciət edərək övladının tapılması üçün kömək istəyib. Eyni zamanda, qızın anasının rəfiqəsi də onların axtarışına qoşulub və barışıq üçün çalışıb. Rüstəm və qız görüş yerinə dəvət edilib, lakin Rüstəm orada polis maşınını görüb və avtomobilini sürətlə idarə edərək qaçmağa çalışıb. Bu zaman qəza baş verib.
Sabunçu Rayon Məhkəməsinin qərarı ilə Rüstəm Həbibov barəsində inzibati protokol tərtib edilib və o, 10 sutka müddətinə inzibati həbs cəzasına məhkum edilib.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək