Maaş və pensiyalar üçün bank seçimi azadlığı: Yeni sistem nə vəd edir?
Azərbaycan Mərkəzi Bankı (AMB) maaş və pensiya kartları bazarında rəqabəti artırmaq məqsədilə yeni mexanizmlər üzərində iş aparır. AMB-nin sədri Taleh Kazımov bu barədə açıqlama verərək, sentyabr-oktyabr aylarında yeni yanaşmaların tətbiq olunacağını bildirib.
Minval.info xəbər verir ki, iqtisadçı Asif İbrahimovun fikrincə, AMB-nin əsas məqsədi vətəndaşlara bank seçimi hüququ vermək və bazarda rəqabəti artırmaqdır. Hazırda bir çox dövlət və özəl qurumlar əməkhaqqını yalnız müqavilə bağladıqları bank vasitəsilə ödəyir. Yeni sistemlə vətəndaşlar maaş və pensiyalarını istədikləri bank hesabına köçürə biləcəklər.
İqtisadçı vurğulayıb ki, bu yeni mexanizm vətəndaşların bank seçimi imkanlarını genişləndirəcək və bank xidmətlərinin keyfiyyətini artıracaq. İşəgötürənlər və dövlət qurumları əməkhaqqını və pensiyanı vətəndaşların seçdiyi bank hesabına köçürəcək, bank dəyişdirilməsi prosedurları isə sadələşdiriləcək. Bu dəyişikliklər bankları daha sərfəli xidmətlər təqdim etməyə təşviq edəcək.
Yeni sistemin vətəndaşlar üçün bir sıra üstünlüklər yaradacağı gözlənilir. İnsanlar daha rahat mobil tətbiqlər, aşağı kredit faizləri və yüksək depozit gəlirləri təklif edən bankları seçə biləcəklər. Dünya təcrübəsi göstərir ki, bir çox ölkə əməkhaqqı və pensiya ödənişlərində bankların inhisarını aradan qaldırmağa çalışıb. Məsələn, Avropa İttifaqında işçilər əməkhaqqını hansı bankda alacağına özləri qərar verir, ABŞ-da isə əməkhaqqı “Direct Deposit” sistemi ilə işçinin seçdiyi hesaba köçürülür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026