Maarifçi" intellektual oyununda gənclər bilik yarışında qələbə üçün mübarizə Apardı
Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə IV “Maarifçi” tələbə-məzun proqramı çərçivəsində intellektual oyun təşkil edilib. Bu tədbir “Nə? Harada? Nə zaman?” formatında keçirilib.
Minval.info xəbər verir ki, bu intellektual yarışma “Maarifçi”lərin asudə vaxtlarının səmərəli keçməsi, şəxsi və peşəkar inkişaflarının dəstəklənməsi, komanda ruhunun gücləndirilməsi və yeni əlaqələrin qurulması məqsədilə təşkil olunub.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutan yarışda iştirakçılar 6 komandaya ayrılaraq bilik və məntiq bacarıqlarını sınayıblar. “Murov”, “Aypara”, “Rəşadət”, “İstiqlal”, “Füyuzat” və “Çələbi” adlanan komandalar müxtəlif mövzularda suallara cavab veriblər.
Yarışda iştirakçılar arasında rəqabət şəraiti yaradılaraq, onların biliklərini nümayiş etdirmələri ilə yanaşı, komanda işi, çevik düşünmə, məntiqi təhlil və qərarvermə bacarıqlarının inkişafına da töhfə verilib.
Yarışın sonunda qalib komanda müəyyənləşdirilib və onlara diplom təqdim olunub. Fərqlənən iştirakçılar isə “Ən yaxşı komanda oyunu göstərən”, “Ən hazırcavab” və “Ən pozitiv” nominasiyaları üzrə sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, “Maarifçi” tələbə-məzun proqramının əsas məqsədi gənclərin dövlət idarəçiliyi sahəsində praktiki bilik və bacarıqlarının artırılması, onların peşəkar inkişafının dəstəklənməsi və gələcək karyera imkanlarının genişləndirilməsidir. Proqram çərçivəsində seçilmiş 53 iştirakçı Elm və Təhsil Nazirliyinin struktur bölmələri və tabeli qurumlarında, regional təhsil idarələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində təcrübə keçirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Baş Dövlət Yol Polisi sürücülərə vacib xəbərdarlıq edib
FHN su hövzələrində yeni xilasetmə məntəqələri tikəcək
Bakıda və bölgələrdə leysan və dolu gözlənilir
Sentyabrda Bakı metrosunda sərnişin sıxlığı artıb
Son həftə azad edilmiş 1144,9 hektar ərazi minalardan təmizləndi
Fermerlər pambıq pullarını ala bilmir
Gəncənin ilk mülki şəhidinin anası oğlunun xatirələrini bölüşdü