Məmurların adından gələn təcili mesajlar: Pul tələsinə düşməyin!
Son zamanlar xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplar Azərbaycan mobil operatorlarına aid nömrələrdən istifadə edərək saxta sosial media və mesajlaşma hesabları yaradırlar. Bu yolla dövlət məmurları və müxtəlif təşkilatların əməkdaşları hədəf alınır.
Minval.info xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətindən əldə edilən məlumata görə, xarici vətəndaşların rəhbərlik etdiyi bu qruplar xüsusi proqramlar vasitəsilə dövlət qurumlarının və təşkilatların rəsmi saytlarından əməkdaşların əlaqə nömrələrini toplayırlar. Daha sonra, bu nömrələrə rəhbər şəxslərin fotoşəkillərindən istifadə edilərək saxta hesablar vasitəsilə “təcili” mesajlar göndərilir və hüquq-mühafizə orqanlarının adından fəaliyyət göstərən digər saxta hesablara yönəldilərək xarici hesablara pul köçürülməsi tələb olunur.
Bu faktlarla bağlı əməliyyat-istintaq tədbirləri çərçivəsində bəzi cinayətkarlar müəyyən edilib və barələrində beynəlxalq hüquqi prosedurlar başladılıb. Eyni zamanda, xarici dövlətlərin aidiyyəti orqanları və beynəlxalq texnologiya şirkətləri ilə birgə bu cinayətkar şəbəkənin tam ifşa olunması üçün tədbirlər davam etdirilir.
İnformasiya texnologiyalarının inkişafı ilə sui-istifadə hallarının artdığı bir dövrdə, Azərbaycan vətəndaşları sosial şəbəkələr və ani mesajlaşma platformaları üzərindən qurulan şübhəli əlaqələrə qarşı diqqətli olmalı və dövlət orqanlarını vaxtında məlumatlandırmalıdırlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Onlayn alış-verişdə təhlükə: Fırıldaqçılar necə aldatır?
Sərhəddə narkotik əməliyyatı: 40 kiloqram "ölüm taciri" ələ keçdi!
İstanbulda müəmmalı ölüm: Azərbaycanlı qadının mənzilində narkotik şübhəsi