17.01.2018 - 19:15
Ölkə
22 baxış
Əməliyyat olunan Coşqun və Rafaelin səhhəti ilə bağlı açıqlama
Dünən Əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərov əməliyyat olunmağı ilə bağlı xəbərlər yayılmışdı.Minval.İnfo oxu.az-a istinadən xəbər verir ki, xəbər verir ki, onların son durumu barədə “Bu şəhərdə” komandasının üzvü Müşfiq Abbasov məlumat verib.
O bildirib ki, hər iki məşhurun vəziyyəti yaxşıdır:
“Bizdə, Allaha şükür, hər şey yaxşıdır. Bir də qeyd edirəm ki, Rafael əməliyyat yox, sadəcə, endoskopik müayinə olub, loru dildə desək, mədəsini “zond ediblər”. Ciddi bir problem yoxdur, Coşqun isə burnunun çəpər əyriliyinin düzəlməsi üçün əməliyyat olunarkən müəyyən olub ki, burnunda polip və kista var. Ona görə də əməliyyat yeddi saat uzanıb, nəticədə hər şey təmizlənib və düzəlib. Diqqətə və dualarınıza görə hər birinizə təşəkkür edirik, hər şey əladır. İnşallah, Rafael də, Coşqun da sabahdan mart konsertlərimizin məşqlərinə qoşulurlar. Allah cəmi tamaşaçılarımızı qorusun”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
19.10.2026 - 15:34
Məktəb mədrəsə deyil, öz qaydaları var
12.10.2026 - 17:54
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
12.10.2026 - 10:24
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
11.10.2026 - 16:44
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
10.10.2026 - 14:18
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib
08.10.2026 - 15:18
Sabah leysan yağacaq, şimşək çaxacaq - 09.10.2026
08.10.2026 - 15:03