Məhkəmə qərarlarını dəyişdirmək adıyla dələduzluq: 4 nəfərə hökm oxundu
Şəki Ağır Cinayətlər Məhkəməsində dələduzluq ittihamı ilə mühakimə olunan Rəsul Abbasov, Fəqan Həsənov, Zamin İbrahov və Bəhruz Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hökmə əsasən, Rəsul Abbasov, Fəqan Həsənov və Zamin İbrahov 7 il, Bəhruz Hacıyev isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Minval.info xəbər verir ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. İttihama görə, onlar yüksək vəzifələrdə çalışan qohumlarının vasitəsilə vətəndaşlara məhkəmə qərarlarını dəyişdirmək vəd edərək, ümumilikdə 100 min manat dəyərində dələduzluq ediblər.
Zərərçəkmişlərdən yalnız birinə dəymiş ziyandan 6 min manat ödənilib, digər zərərçəkmişlərə isə hələ də ödəniş olunmayıb.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək