“Əlimdən gəlməyəni də edirəm” - Deputat maaşlarının artımı ilə bağlı tənqidlərə cavab verdi
“Hər zaman deputatların əməkhaqları ilə bağlı məsələlərə münasibət bildirmişəm. Amma nə danışırsansa, danış, həmişə bu məsələ tənqidə səbəb olub”.
Bu sözləri Bakupost.az -a açıqlamasında millət vəkili Razi Nurullayev deputatların maaşının artırılması ilə bağlı tənqidlərə münasibət bildirərkən deyib.
ƏLAQƏLİ
İsrail nəşri Əbilovun "Ajmedia" fırıldağından, "David Seliverstov"dan yazdı - Təfərrüat
Deputat qeyd edib ki, əməkhaqqı bütün sahələrdə artırılır: “Doğru, düzgün, səmimi də danışsaq, yenə insanlar qəbul etmir. Mən səhərdən axşama kimi deputat fəaliyyətimi həyata keçirmək üçün çalışıram. Əlimdən gələni, hətta əlimdən gəlməyəni də edirəm. Fəaliyyətinə yaxından bələd olduğum xeyli deputatlar tanıyıram ki, onlar da çalışırlar, işləyirlər. Kimsə deputatla oturub-durmalıdır ki, onun həyata keçirdiyi işləri görə bilsin. Onunla tanış olandan sonra, yəqin ki, başqa cür düşünə, fikrini dəyişə bilər.
Bildiyimə görə əməkhaqqı bütün sahələrdə artırılır. Artırıldığına görə bu həm də deputatlara da sirayət edir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı
Tiktokerin keçmiş ərinin Türkiyədə cəsədi tapıldı
Rəşid Mahmudova efir qadağası qoyulub?