Əli Həsənov: "Türkiyənin bəzi deputatlarının AŞPA-da Azərbaycanın əleyhinə səs verməsi bizi incitdi"

“Türkiyəni təmsil edən 4 nəfərin Dağlıq Qarabağa qanunsuz səfəri və bəyanatları bizi nə qədər incitdisə, inanıram ki, sizi də, Türk dünyasının birliyini arzulayanları da o qədər incitdi”.
APA-nın məlumatına görə, bunu Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Çukurova Bələdiyyələr Birliyinin bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşdə bildirib.
Ə. Həsənov Türkiyənin bəzi deputatlarının Avropa Şurası Parlament Assambleyasında Azərbaycanın əleyhinə olan qətnamənin qəbulunə səs vermələrinin də narahatlıq yaratdığını deyib: “Avropa Şurası Parlament Assambleyasında bəzi türk deputatların Azərbaycanın əleyhinə səs verməsi də bizi incitdi. Bu kimi halların olmamasını istərdik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Poliqlot atasının işdən çıxarılmasına etiraz edir
Bakı metrosunda gediş haqqı artırıla bilərmi?
Bakıda qadın bahalı telefonunu taksidə itirdi
Şuşanın qayalarına yazılan xatirələr: Keçmişin izi
Heyvandarlığa dəstək: Hər heyvana 4 manat subsidiya!
Bakıda türk turist taksini özü sürdü!
Bəzi bölgələrdə leysan və güclü külək müşahidə olunur