“Laçın-Xankəndi yolundakı aksiyanı lağa qoyanlar xaindir” - Deputat
“Vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın-Xankəndi yolunda aksiyasını lağa qoyur, ermənilər yönündən işıqlandırır, erməni separatçılara sətiraltı, bəzən isə açıq-aydın dəstək ifadə edirlər. Bu, xainlikdir”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.
O, qeyd edib ki, heç kimin bunu qınamağa haqqı yoxdur:
“İmkan verilsə, yüz minlərlə insan o yolu iflic edər, separatçıların xainliyi nəticəsində yaxınlarını itirən ailələrin yarası hələ də istidir. Kimin nə cürəti var ki, bizi qınasın? ”
Deputat qeyd edib ki, bu cür şəxslər istintaqa cəlb edilməlidir:
“Mən bu tip ictimai çəkili şəxslərin, vətəndaşların və digərlərinin ciddi şəkildə istintaqa cəlb edilməsini və barələrində araşdırmaların aparılmasını tələb edirəm. Biz Birinci Qarabağ müharibəsində 25 min, İkincidə 3100 şəhid vermədik ki, düşmən qüvvələrə satılmışlar onların ruhunu təhqir etsin. Çox şeydə güzəşt olar, amma vətəni, torpağı, ölkəni satmaq, onun üzərində karyera qurmaq, pul qazanmaq istəyənlərə, şəxsi incikliyinin qisasını Ermənistana qahmar çıxmaqla Azərbaycan dövlətindən almaq cəhdinə isə güzəşt olmaz”.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı