Kübra Əliyeva: “Üzüm iflic olmuşdu”
Əməkdar artist Kübra Əliyeva səhhəti ilə bağlı açıqlama verib.
Minval.info xəbər verir ki, sənətçi “Xəzər axşamı” verilişində qonaq olarkən hazırda özünü yaxşı hiss etdiyini bildirib.
Aktrisa iki dəfə ağır şəkildə yıxıldığını və həmin vaxt xəstəxanaya gedərkən yeriyə bilmədiyini deyib.
Kübra Əliyeva 1999-cu ildə üz iflici keçirdiyini də xatırladıb:
“İndi yaxşıyam, Allaha şükür. İki dəfə çox pis yıxılmışdım, xəstəxanaya gedəndə yeriyə bilmirdim. 1999-cu ildə üzüm iflic olmuşdu. Qurban olum Rəbbimə, ancaq üzümə vermişdi.”
Onun sözlərinə görə, həmin dövrdə altı ay teatrdan uzaq qalıb və hətta sənət fəaliyyətinin başa çatacağını düşündüyü üçün Kürdəxanıda özünə ev tikdirib.
Sənətçi bildirib ki, ilkin müalicə düzgün aparılmadığından üzünün simmetriyası pozulub. Sonradan aldığı müalicə nəticəsində isə üzündəki problemlərin təxminən 80 faizini bərpa edə bilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şəki Xan sarayını bu ilin 9 ayında 178 min turist ziyarət edib
Xalq artisti Şövkət Ələkbərova 104 il əvvəl bu gün doğulub
Tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi