Körpəni xəstəxanaya qoyub qaçdılar - Sumqayıtda
Sumqayıtda insanlığa sığmayan bir hadisə yaşanıb.
“Minval.info” Xəzər Xəbər-ə istinadən məlumat verir ki, beşgünlük körpə sırf xəstə olduğu üçün valideynləri tərəfindən atılıb. Bu hadisənin üzərindən 4 ay vaxt keçib, ancaq körpənin valideynlərindən səs-səmir çıxmır. Hazırda körpə Sumqayıt xəstəxanalarından birindədir.
Körpə ötən ilin sentyabr ayında Sumqayıt şəhər uşaq xəstəxanasına nənəsi tərəfindən yoxlanma adı ilə gətirilib. Üzərindən 4 ay keçsə də, balaca qızın nənəsindən və valideynlərindən bir xəbər yoxdur.
ƏLAQƏLİ
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Tibb müəssisəsindən bildirilib ki, körpənin valideynləri əslən Yardımlı rayonundan olan Namiq Əliyev və Gülmirə Əliyeva kimi qeyd olunub. Valideynlərin tapılması üçün artıq hadisə ilə bağlı aidiyyatı qurumlara müraciət olunub.
Həkimlər deyir ki, balacanın sağlamlığında olan problemlər aradan qaldırılıb. Hazırda körpə tam sağlamdır.
Uşağın yaxın vaxtlarda Səhiyyə Nazirliyinin qərarı ilə Bakı şəhərindəki körpələr evlərindən birinə köçürülməsi nəzərdə tutulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
Ötən həftə 1240 hektara yaxın ərazi minalardan təmizlənib
Rusiyada ayıların qətliamı: təkcə Krasnoyarskda 982 ayı öldürülüb
Azərbaycanlı müğənni ilə oxuduğu mahnıya görə reper saxlanıldı