Köhnə binaların sakinləri təhlükə ilə üz-üzə: 100 ilin binasında həyat davam edir
Azərbaycanda mənzil fondunun böyük bir hissəsi köhnə tikililərdən ibarətdir. Rəsmi məlumatlara görə, ölkədəki mənzillərin təxminən 65 faizi 1946-1990-cı illərdə inşa edilib. 2020-ci ildən sonra tikilən binaların isə mənzil fondundakı payı yalnız 1.3 faiz təşkil edir.
Minval.info xəbər verir ki, Bakının Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsində yerləşən binalar da bu köhnə tikililər arasındadır. Bu binaların bir qismi 1927-ci ildə inşa olunub və sakinlər uzun illərdir burada ciddi problemlər yaşandığını bildirirlər. Onların dediyinə görə, navalçalar sıradan çıxıb, pilləkənlər yararsız vəziyyətdədir və eyvanlar təhlükə yaradır.
Sakinlərdən biri narazılığını belə ifadə edib: “100 ilin binasıdır. Hamı əziyyət çəkir. Evlərə su damır. Balkonlar çox təhlükəlidir və küçədən keçən insanların başına düşə bilər.”
Əmlak eksperti Elnur Azadov qeyd edir ki, xüsusilə 1970-ci illərin əvvəllərinə qədər inşa edilən binaların istismar müddəti artıq başa çatıb. 2017-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Bakının bəzi ərazilərində köhnə binaların sökülməsi üçün pilot layihələr nəzərdə tutulsa da, genişmiqyaslı yenilənmə proqramı hələ də həyata keçirilməyib.
Hazırda Bakı, Abşeron, Sumqayıt və Xırdalan ərazisində bu tip binaların sayı təxminən 20 minə yaxındır. Ümumilikdə ölkə üzrə isə bu rəqəm 25 minə çatır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakı yollarında tıxacın sirri: Hansı küçələrdə hərəkət iflic olub?
Qarabağ "Dinamo Kiyev"ə qarşı revanşa hazırdır: Bukmekerlər nə deyir?
Sabirabad, Salyan və Saatlı sakinləri üçün qazsız gün: Səbəb nədir?
Vergi ödəyicilərinin sayı artıb, amma bu artımın arxasında nə dayanır?