Kəramət Böyükçöl Xəlil Rza Ulutürkü təhqir etdiyi üçün üzr istədi - FOTO
Bir müddət əvvəl gənc yazar Kəramət Böyükçöl Azərbaycanın mübariz xalq şairi Xəlil Rza Ulutürkü təhqir edərək, aşağılamışdı.
Yazdıqlarına görə sosial mediada tənqidlərə məruz qalan gənc yazar “facebook” hesabını bağlamışdı.
Minval.İnfo xəbər verir ki, hazırda facebook hesabını bərpa edən K.Böyükçöl yeni bir status yazaraq hamıdan üzr isəyib:
“Bir neçə gün bundan əvvəl feysbuk səhifəmdə Xəlil Rza Ulutürk haqqında yazdığım fikirlər birmənalı qarşılanmadı. Sərt reaksiya göstərildi. Mən şəhid atası Xəlil Rza haqqında səsləndirdiyim fikirlərin kökündən yalnış olduğunu anladım və buna görə Xəlil Rzanın və onun qəhrəman oğlu şəhid Təbirz Xəlilbəylilinin ruhundan, onların ailəsindən, eyni zamanda Xəlilsevərlərdən üzr istəyirəm. Şəhidlər torpağa basdırılmış ehtiyat qüvvələrimizdir. Nə qədər torpaq altında yatan şəhidlərimiz var, vətənimiz bir o qədər böyük və qüdrətlidir”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib