Keçmiş iş yerlərindən oğurluq edənlər: Marketdən zavoda uzanan cinayət izi
Paytaxtda keçmiş iş yerlərindən oğurluq edən şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Minval.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Nizami rayonunda bir neçə oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxslər rayon ərazisindəki marketlərdən birindən 6612 manat dəyərində elektrik naqili oğurlayıblar. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində bu cinayəti törətməkdə şübhəli bilinən 47 yaşlı C.Hüseynzadə, 33 yaşlı E.Hüseynov və həmyaşıdı Ə.Məmmədov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, bu şəxslər əvvəllər həmin marketin anbarında çalışıblar və oğurladıqları naqilləri əlvan metal qəbulu məntəqələrinə satıblar.
Bundan əlavə, rayon ərazisində həyata keçirilən digər əməliyyat zamanı bir zavodun anbarından ümumi dəyəri 4250 manat olan müxtəlif avadanlıqları oğurlamaqda şübhəli bilinən 40 yaşlı Ə.Cavadov, 31 yaşlı O.Məmmədov və 62 yaşlı F.Musayev də saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam edir.
ƏLAQƏLİ
Bank kartları təhlükədə: Hesabınızın bloklanmaması üçün nələrə diqqət etməli?
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xırdalanda ailə faciəsi: Ər həyat yoldaşını bıçaqladı, sonra öz canına qıydı
Bakıda tanışlıq tələsi: Qadın kişinin 900 manatını necə oğurladı?
Günəşin qəzəbi: İyulda günvurma hadisələri artıb, diqqətli olun!
Nassim talebdən ruben vardanyan qərarı: Azərbaycana səfərini niyə ləğv etdi?
Restoranlarda hesabdan əvvəl oxuyun: Servis haqqı ilə bağlı bilmədikləriniz
Bu bürclərin etimadını itirsəniz, geri dönmək müşkülə çevrilir