VACİBİqbal Məmmədov 8 milyonluq borcu necə sıfırlayır? – ŞOK RƏQƏMLƏR
Milli Məclisin keçmiş deputatı İqbal Məmmədovun adı ilə bağlanan “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin dövlət büdcəsinə olan vergi borcunda kəskin azalma qeydə alınıb.
Minval.info xəbər verir ki, hazırda şirkətin vergi borcu 1,440,216.40 manat təşkil edir. Müqayisə üçün qeyd edək ki, rəsmi məlumatlara əsasən, müəssisənin vergi borcu 2022-ci ildə 9,666,469.63 manat, 2023-cü ilin iyulunda isə 9,390,752.64 manat səviyyəsində idi.
Beləliklə, şirkətin vergi borcu 2022-ci illə müqayisədə 8 milyon 226 min 253 manat (təxminən 85 faiz) azaldılıb.
Xatırladaq ki, “Kaspi Yıldız” uzun müddətdir İqbal Məmmədovun biznes imperiyasına aid müəssisə kimi tanınır. Məlumata görə, 2022-ci ildə şirkətin Türkiyə vətəndaşı olan həmtəsisçisi Rafet Ekmekçioğlu özünə məxsus 50 faizlik payı İqbal Məmmədova dövr edərək, onun müəssisədəki payını 100 faizə çatdırıb.
Sözügedən müəssisə yanğınsöndürmə balonları, təhlükəsizlik və siqnalizasiya sistemlərinin istehsalı, quraşdırılması və texniki xidməti sahəsində ixtisaslaşıb.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, şirkətin vergi borcunun olması avtomatik olaraq vergidən yayınma və ya hər hansı cinayət tərkibli hüquqpozma faktının varlığı anlamına gəlmir.
ƏLAQƏLİ
Bakı metrosunda yenilik: 'Həzi Aslanov' stansiyasının dalan yolu 2026-cı ildə tamamlanacaq
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ziya bünyadovun tarix anlayışı: Xəyanət, yoxsa reallıq?
Samuxda qarayara həyəcanı: Beş nəfərdə təhlükəli bakteriya aşkarlandı
Valideynlik hüququndan imtina: Aliment üçün qanunsuz razılaşma?
Şuşakənddə tapılan qalıqlar: Tarixə işıq salacaq sirr?