10.08.2026 - 19:52
Gündəm
184 baxış
Kəramət Böyükçöl: "Kredit götürüb çobanlıq edəcəyəm"
Fövqəladə Hallar Nazirliyi (FHN) tanınmış yazıçı Kəramət Böyükçölə məxsus, Sumqayıt şəhərində yerləşən üç qeyri-yaşayış obyektinin istismarına rəsmi icazə verib. Sözügedən daşınmaz əmlaklar Sumqayıt şəhəri, Qaya küçəsi, giriş 143 ünvanında yerləşir.
Minval.info xəbər verir ki, bir mərtəbəli inşa edilən obyektlərdən ən böyüyünün sahəsi 1,250 kvadratmetr təşkil edir. Digər iki tikili isə müvafiq olaraq 191 və 37 kvadratmetrlik ərazini əhatə edir.
“Entre” MMC-nin hazırladığı layihə əsasında ərsəyə gələn binalar üçün FHN tərəfindən 22 iyun 2026-cı il tarixində 13160 nömrəli istismara hazırlıq rəyi verilib.
Məsələ ilə bağlı diqqətçəkən açıqlama verən Kəramət Böyükçöl planlarından danışıb:
“Şərurlu İsfəndiyarın müsahibəsini dinlədikdən sonra ölkədə çobanların işinin yaxşı gətirdiyini gördüm. Həmin vaxt qeyri-yaşayış obyektlərinin sənədləşdirilməsi ilə bağlı fərman çıxdı. Mən də torpağı sənədləşdirib bankdan kredit götürərək qoyun-quzu alacağam. Bir müddət çobanlıq etdikdən sonra bina tikintisinə başlayacağam”.
yeniavaz.com
Açar sözlər:
#Böyükçöl
#Çobana
#FHN
#Fövqəladə Hallar Nazirliyi
#Kəramət
#Kəramət Böyükçöl
#Kəramət Böyükçöldür
#MMC
#Şərurlu İsfəndiyar
#Yazıçı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
14.10.2026 - 23:00
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
10.10.2026 - 16:48
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
10.10.2026 - 15:48
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
10.10.2026 - 12:18
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda
09.10.2026 - 12:28
Paşinyan Azərbaycan dilində mahnı ilə video paylaşdı
09.10.2026 - 10:38