03.10.2026 - 08:46
Jared Kuşnerin İsraildəki investisiyaları və Qəzza ilə bağlı rolu
Dünya 4 baxış

Jared Kuşnerin İsraildəki investisiyaları və Qəzza ilə bağlı rolu

Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Donald Trampın kürəkəni Cared Kuşner, uzun müddətdir Yaxın Şərqdə mühüm rol oynayır. Kuşner, İsrail və Həmas arasında vasitəçilik edərək, Qəzza Zolağında yaşayan fələstinlilərin humanitar vəziyyətini yaxşılaşdırmaq üçün çalışır. Bununla yanaşı, onun sahibi olduğu “Affinity Partners” investisiya şirkətinin İsraildəki müdafiə sənayesi şirkətlərinə böyük sərmayə qoyduğu məlum olub.

Minval.info xəbər verir ki, CNN-in məlumatına görə, “Affinity Partners” şirkətinin Tel-Əvivdə yerləşən Phoenix Financial-da 1 milyard dollardan çox dəyərə malik 7.4 faiz payı var. Phoenix şirkəti, İsrailin ən böyük silah istehsalçılarından biri olan Elbit Systems-ə 265 milyon dollardan çox sərmayə yatırıb. Şirkət, İsrail ordusuna pilotsuz uçan aparat, döyüş gəmisi, tank hissələri və digər hərbi texnika təmin edən səkkiz şirkətdə də pay sahibidir.

Kuşner, CNN-in bu xəbərlərini rədd edərək, Qəzzada sülhün təmin olunmasının onun yeganə məqsədi olduğunu vurğulayıb. Onun vəkili də Kuşnerin şirkətdə hər hansı idarəetmə vəzifəsi daşımadığını bildirib. Lakin Kuşner, Phoenix ilə “çox aktiv bir dialoq” içində olduğunu və Phoenix-i “Affinity Partners”ın ən yaxşı yatırımı adlandırdığını qeyd edib.

Trampın qızı İvanka ilə evli olan Kuşnerin İsrail Baş naziri Binyamin Netanyahu ilə əlaqələri isə çox qədimdir. Netanyahu ilə Kuşner ailəsi arasında uzun müddətdir davam edən dostluq münasibətləri mövcuddur.

Kuşner, 2020-ci ildə bəzi ərəb dövlətləri ilə İsrail arasında imzalanan İbrahim Anlaşmaları və Qəzza Zolağında 10 oktyabr 2025-ci ildə elan edilən atəşkəsdə mühüm rol oynamışdı.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: