03.10.2026 - 09:35
Ərdoğan və Gülən ittifaqı: Türkiyənin siyasi tarixində qaranlıq əlaqələr
Siyasət 2 baxış

Ərdoğan və Gülən ittifaqı: Türkiyənin siyasi tarixində qaranlıq əlaqələr

Türkiyə siyasətində uzun müddət müzakirə olunan və qaranlıq qalan mövzulardan biri Ərdoğan-Gülən ittifaqıdır. FETÖ adı ilə tanınan Fətullah Gülən camaatının yüksəlişi və “paralel dövlət”ə çevrilməsi AKP hakimiyyətinin dəstəyi ilə əlaqələndirilir. Bu ittifaqın təməlləri hər iki tərəfin siyasi İslam dünyagörüşünə malik olması ilə bağlıdır.

Minval.info xəbər verir ki, Gülən camaatının əsas məqsədi Türkiyədə siyasi hakimiyyəti ələ keçirmək idi. 1969-cu ildə yaradılan bu camaat, təhsil sektoru vasitəsilə ideoloji təbliğat apararaq tərəfdar toplayıb və dövlətdəki müxtəlif strukturlarda möhkəmlənib. Gülən camaatının təsiri 2000-ci illərdə həm Türkiyədə, həm də beynəlxalq səviyyədə genişlənmişdi.

Ərdoğanın rəhbərlik etdiyi AKP isə “Milli görüş” hərəkatının yenilikçi qanadını təmsil edir. Bu partiya 2001-ci ildə yaradılaraq, qısa müddət sonra, 2002-ci ildə hakimiyyətə gəldi. AKP-nin qurulması və hakimiyyətə gəlməsində Gülən camaatının dəstəyi danılmazdır. Seçkilərdə və hakimiyyətin möhkəmləndirilməsində bu dəstək xüsusilə önəmli idi.

Gülən camaatı ilə AKP arasındakı ittifaq, hər iki tərəfin siyasi İslam və Türkiyənin dünyəvi sisteminə dair ortaq maraqları ilə bağlı idi. Lakin zamanla bu ittifaq düşmənçiliyə çevrildi və 2016-cı il çevriliş cəhdindən sonra Gülən camaatına qarşı geniş əməliyyatlar başlandı.

Bu ittifaqın çiçəklənmə dövrü 2010-cu illərə qədər davam etdi. Hər iki tərəfin qarşılıqlı dəstəyi nəticəsində Türkiyədə siyasi və ictimai sahədə ciddi dəyişikliklər baş verdi.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: