İtkin düşən qızlardan birinin atası danışdı
Xəbər verdiyimiz kimi, Bakının Maştağa qəsəbəsində azyaşlı qızlar 7 gündür itkin düşüb. Bu günə qədər onlardan heç bir məlumat yoxdur.
Minval.info xəbər verir ki, 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynova aprelin 16-dan itkindir.
Onlar birlikdə Maştağa qəsəbəsindən çıxıb və bir daha geri dönməyiblər. Onlar dayıqızı-bibiqızıdır.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Aygün Hüseynovanın atası Bəhram Hüseynov Musavat.com-a açıqlamasında bildirib ki, bu günə qədər onlardan heç bir məlumat öyrənə bilmirlər.
Qızların heç birinin mobil telefonu olmayıb. Ailə bütün qohumlarla, qızların rəfiqələri ilə əlaqə saxlayıb. Onların harada olması ilə bağlı heç kimin məlumatı yoxdur.
Məhəllədə olan kameralara baxılsa da, qızları müşahidə etmək mümkün olmayıb. Onların kamera olmayan küçədən keçdikləri ehtimal olunur.
Bəhram Hüseynov onu da deyib ki, qızların heç birinin ailədaxili problemləri və narazılıqları olmayıb. İlk dəfədir ki, qızları evdən xəbərsiz çıxıb. Onların Astara və Lerikdə olan qohumları da hadisədən məlumatlıdır.
Hazırda polis onların axtarışlarını davam etdirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda