İstanbulda qanunsuz mərc əməliyyatı: 25,5 kq qızıl ələ keçirildi
Türkiyənin İstanbul şəhərində qanunsuz mərc fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində iki şirkətə məxsus 25,5 kiloqram qızıl ələ keçirilib. Bu istintaq, “7258 saylı Futbol və digər idman yarışlarında mərc və şans oyunlarının təşkili haqqında qanunu pozmaq” və “cinayətdən qaynaqlanan əmlak dəyərlərinin yuyulması” maddələri üzrə davam edir.
Minval.info xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən “Dinamikpay Elektronik Para ve Ödeme Hizmetleri AŞ” və “Dinamik Menkul Değerler AŞ” şirkətlərinə qarşı aparılan əməliyyat zamanı 25,5 kiloqram qızıl götürülüb. “Dinamik Elektronik Para ve Ödeme Hizmetleri AŞ” şirkətinə məxsus 12,5 kiloqram qızılın dəyəri 88 milyon türk lirəsi (3,1 milyon AZN), “Dinamik Menkul Değerler AŞ” şirkətinə məxsus 13 kiloqram qızılın dəyəri isə 91 milyon 520 min lirədir (3,2 milyon AZN). İlkin ekspertiza nəticələrinə görə, qızılların ümumi dəyəri 179 milyon 520 min lirə təşkil edir.
Qızılların İstanbul Baş Prokurorluğunun Ədliyyə Əmanətinə qeydiyyatı yoxlamalardan sonra həyata keçiriləcək.
ƏLAQƏLİ
Qaqik Tsarukyanın fırıldaqçılıq ittihamlarına cavabı: milyondolarlıq qalmaqal
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək