İsrail-Suriya danışıqları: Gərginlik azaldılacaqmı?
İordaniyada ABŞ-nin vasitəçiliyi ilə Suriya və İsrail arasında yüksək səviyyəli danışıqlar baş tutub. Bu görüşün əsas məqsədi hərbi gərginliyin azaldılması, mümkün toqquşmaların qarşısının alınması və tərəflər arasında təhlükəsizlik sazişi üzrə danışıqların bərpası olub.
Minval.info xəbər verir ki, danışıqlarda İsrailin Suriya ərazisinə zərbələrinin, həbslərin və hədəfli hərbi əməliyyatların dayandırılması üçün praktiki mexanizmlərin hazırlanması müzakirə edilib. Eyni zamanda, gələcəkdə daha geniş razılaşmalara zəmin yarada biləcək təhlükəsizlik sazişi üzrə danışıqların bərpası diqqət mərkəzində olub.
Müzakirələrin diqqətçəkən məqamlarından biri də Türkiyə faktoru olub. Tərəflər İsrail və Türkiyə arasında artan gərginliyin Suriya ərazisinə daşınmasının qarşısının alınması yollarını müzakirə ediblər. İsrailin Suriyadakı Əbu əz-Zuhur aviabazasına zərbəsi də Ankara-Təl-Əviv münasibətlərində gərginliyi artırıb. İsrail bu addımı Türkiyənin Suriyada mümkün hərbi mövcudluğu ilə əlaqələndirib, Ankara isə İsrailin iddialarını rədd edib.
ABŞ-nin nəzarəti altında mümkün hərbi insidentlərin qarşısını almaq üçün koordinasiya mexanizminin yaradılması da gündəmdə olub. Siyasi şərhçilərdən Rufiz Hafizoğlu bildirib ki, İordaniyanın tərəfləri real barışığa gətirmək imkanları məhduddur. O, bu məsələnin İsrail-Suriya deyil, İsrail-Türkiyə problemi kimi də dəyərləndirilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, İsrailin son zərbələrindən sonra ABŞ tərəflər arasında birbaşa hərbi toqquşma riskini azaltmaq üçün Türkiyə, İsrail və Suriyanı əhatə edən xüsusi koordinasiya mexanizminin yaradılması üzərində işlədiyini açıqlayıb. Ekspertlər hesab edir ki, Türkiyənin Suriyada hazırkı güclü mövqeyinə baxmayaraq, Dəməşqin gələcək xarici siyasətinin tam şəkildə Ankaraya bağlı qalacağını düşünmək doğru olmaz.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rüfət Səfərovun apellyasiya şikayəti rədd edildi
Xətaidə yanğın törədən şəxs saxlanıldı
İrandan Azərbaycana narkotik keçirmək cəhdi ifşa edildi
Elvin Məmmədovun müəmmalı ölümü: Bayramın qardaşı öldü
Sükan arxasında telefon təhlükəsi: BDYPİ xəbərdarlıq edir
Azərbaycanda ilk dəfə kriptovalyuta müsadirə edildi
Adanada dini təşkilata geniş əməliyyat: Rəhbərlik həbsdə