İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçmək istəyən beş nəfər həbs olundu
İşğaldan azad edilmiş ərazilərə qanunsuz keçmək istəyən 5 nəfər həbs olunub.
Bu barədə “Minval”a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakinləri Xəyal Hüseynov, Elvin Hüseynov, Nicat Fədati, Coşqun Məmmədov və Şəmistan Hüseynov avtomobillə rayonun işğaldan azad edilmiş ərazisinə daxil olmaq istəyərkən saxlanılıblar.
Yoxlamalar zamanı onların müvafiq icazələrinin olmadığı müəyyən edilib.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib.
Qərara əsasən, Xəyal və Elvin Hüseynov qardaşlarının analoji əməllərə yol verdiyinə görə 25, digər şəxslər isə 15 gün müddətinə inzibati qaydada həbs ediliblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Beyləqanda ağır qəza: Tanınmış müəllim həlak oldu
Xırdalanda mədəniyyət evinin yaxınlığında yanğın baş verdi
Nikosayağı qol transplantasiyasına niyə "yox" dedi?
Çinarlı Parkda yanğın: Səbəblər araşdırılır
Əməkdar artist Səvda Saleh insultdan sonra komada
Pərvinin arzuları qəzada yarımçıq qaldı
FHN-dən güclü külək xəbərdarlığı: Təhlükəsizlik vacibdir