İsa Qəmbərin müalicə həkimi danışdı - sabiq spikerin səhhətindən son məlumat
Azərbaycanın sabiq spikeri, hazırda xəstəxanada müalicə alan İsa Qəmbərin həkimi danışıb.
Minval.İnfo xəbər verir ki, musavat.com saytına danışan tanınmış kardioloq Firdovsi İbrahimov müxbirimizə deyib ki, İsa Qəmbərin müalicəsi ümumi halda yaxşı gedir, səhhətində böhran yoxdur, pasiyentin səhhətinə həkimlər tərəfindən davamlı nəzarət var. Doktor İbrahimov bildirib ki, onun müalicəsi davam edəcək.
Musavat.com onu da bildirir ki, artıq İsa Qəmbəri dostlarının bir qismi ziyarət edib. Onların arasında sabiq baş nazir Pənah Hüseyn, sabiq millət vəkili Arzu Səmədbəyli, sabiq daxili işlər naziri İskəndər Həmidov, hüquq müdafiəçisi Novella Cəfəroğlu da var. Mərkəzi Klinik xəstəxananın gözləmə zalında isə İsa bəyin səhhəti ilə maraqlanan onlarla vətəndaş yığışıb.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
İsa Qəmbəri ziyarət edən dostlarından biri kimi Pənah Hüseyn müxbirimizə bunları deyib: “Başqanı görənə qədər çox narahat idik. Şükürlər olsun ki, onu çox yaxşı gördük, yanında Arzu bəylə bərabər 1 saata yaxın olduq, ən az onun səhhətindən danışdıq. Başqan 1-2 günə, inşallah, çıxar”.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda