25.08.2026 - 18:40
Ölkə 25 baxış

İranın neft təhdidi: Azərbaycan üçün yeni imkanlar?

ABŞ-nin İrana qarşı yeni sanksiyalar hazırlaması və Tehranın neft ixracını dayandırmaqla bağlı xəbərdarlığı qlobal enerji bazarında riskləri artırıb. Tehran, iqtisadi təzyiqlərin davam edəcəyi təqdirdə Körfəzdən neft ixracını tamamilə dayandıra biləcəyini açıqlayıb.

Minval.info xəbər verir ki, iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, İranın neft bazarından tamamilə sıxışdırılması qiymətlərə artırıcı təsir göstərə bilər. Lakin hazırkı neft bazarındakı vəziyyət daha çox İranın neft satıb-satmamasından deyil, Hörmüz boğazının fəaliyyətindən asılıdır.

Ekspertin sözlərinə görə, İran hazırda dünya neft bazarının təxminən 2-3 faizinə qədər paya malikdir. İran uzun müddətdir müxtəlif sanksiyalar səbəbindən neftini böyük həcmdə sata bilmir və gündəlik 1,05-2 milyon barel neft sata bilir.

Xalid Kərimli qeyd edib ki, neft qiymətlərinin artması Azərbaycanın neft gəlirlərini və ixrac gəlirlərini artırır. Bununla yanaşı, Dövlət Neft Fonduna daxilolmalar çoxalır, dövlət büdcəsinin neft sektorundan topladığı vergilər artır, valyuta ehtiyatları və manatın etibarı yüksəlir. Lakin Azərbaycanın neft hasilatı azalır.

Ekspert əlavə edib ki, Hörmüz boğazında baş verən proseslərin Azərbaycan üçün mənfi təsirləri də var. Neft qiymətlərinin bahalaşması əhali üçün mənfi nəticələr yarada bilər, daşımalar bahalaşır, qlobal inflyasiya artır və idxal bahalaşır.

Azərbaycan qaz sektoru da bu proseslərdən faydalana bilər. Lakin bunun üçün Cənub Qaz Dəhlizinin genişləndirilməsi lazımdır. Xalid Kərimli bildirib ki, Avropa ölkələri və Avropa institutları Cənub Qaz Dəhlizinə investisiya qoymalıdır. 2022-ci ildən memorandum imzalansa da, dəhlizin genişləndirilməsi istiqamətində hələ real addım atılmayıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: