İrandan Bakıya dronla narkotik gətirənlər ələ keçdi: Sabunçuda əməliyyatın detalları
Bakının Sabunçu rayonunda 29 kiloqramdan çox narkotik vasitə aşkar edilib.
Minval.info xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, narkotik qaçaqmalçılığında şübhəli bilinən və əvvəllər məhkum olunmuş Sənan Mirzəyev və onun tanışı olan qadın saxlanılıb. Onlardan ümumilikdə 22 kiloqram 540 qram marixuana götürülüb.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər İrandan Füzuli rayonuna pilotsuz uçuş aparatı vasitəsilə göndərilən narkotik vasitələri əldə edərək Bakıda müxtəlif ünvanlara çatdırmağı və onların qanunsuz dövriyyəsini təşkil etməyi planlaşdırıblar.
ƏLAQƏLİ
Keçmiş baş nazirin oğlunun qısqanclıq dramı: Qətl sifarişi ilə gündəmə gəldi!
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi digər əməliyyat zamanı isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən və əvvəllər məhkum olunmuş Valid Qurbanov Bakıxanov qəsəbəsi ərazisində saxlanılıb. Ondan 7 kiloqrama yaxın marixuana aşkar edilib.
Faktlarla bağlı cinayət işləri başlanılıb və araşdırmalar davam etdirilir. Qeyd edək ki, cari ilin əvvəlindən keçirilən əməliyyatlar zamanı ümumilikdə 281 kiloqram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: