İran-Azərbaycan media savaşı: Tehran niyə öz ayağına sıxır?
İran və Azərbaycan arasında media sahəsində yeni bir gərginlik yaşanır. İranın Kəşfiyyat Nazirliyi, Azərbaycan Televiziyasını (AzTV) “düşmən media qurumları” siyahısına daxil edərək, iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərən bir addım atdı.
Minval.info xəbər verir ki, İranın son bir il ərzində yaşadığı geosiyasi və hərbi böhran, qonşularına qarşı səmimiliyini göstərmək üçün bir imtahan oldu. Lakin bu müddətdə İranın Azərbaycana qarşı qeyri-adekvat addımları, Tehranın bu imtahanda uğursuz olduğunu göstərir. İran mediasında, xüsusilə “Səhər” telekanalı və “Mehr” agentliyində yayımlanan Azərbaycan əleyhinə materiallar, İranın qeyri-səmimiliyinin daha bir göstəricisidir.
Vətən müharibəsindən sonra İran mediası, Ermənistanla sülh danışıqlarında da Azərbaycanı hədəf alan birtərəfli mövqe nümayiş etdirdi. SEPAH-ın sərhədlərimizdə hərbi təlimlər keçirməsi və Naxçıvanla quru əlaqəsinin bərpasına dair Azərbaycanın haqlı tələblərinə qarşı çıxması bu yanaşmanın nümunələrindəndir.
Azərbaycan mediası isə, fərqli olaraq, peşəkarlığı və bitərəfliyi ilə seçildi. ABŞ-İsrail-İran qarşıdurması fonunda Azərbaycan media qurumları obyektivliyini qoruyaraq, hər hansı tərəfi hədəf almamaq prinsipinə sadiq qaldı. Ölkəmizdə təşkil olunan qlobal forumlarda İran media nümayəndələrinin iştirakına şərait yaradılması isə Azərbaycanın açıq və bərabər yanaşma prinsipinə sadiqliyini göstərir.
Lakin Tehran unutmamalıdır ki, Azərbaycan artıq təzyiq göstərilərək istədiyini ala biləcəyi bir ölkə deyil. Ölkəmiz, gücü və potensialı ilə bölgədə önə çıxır. İranın bu təxribatına da rəsmi Bakının cavabı gecikmədi. Medianın İnkişafı Agentliyi (MEDİA), İranın Kəşfiyyat Nazirliyinin AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı bəyanat yayımladı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lökbatan sakinləri su dərdində: Yay istisində gündüzlər nə edək?
Bakıda bina sakinlərinin narahatlığı: Metro keçidi təhlükə yaradır?
Daş karxanalarının köhnə mişarları Bakının havasını niyə zəhərləyir?