İntihar edən şairin dəhşətli statusları… – 1 saat əvvəl dənizdən şəkil paylaşdı - FOTO

Dünən özünü dənizə ataraq intihar edən 23 yaşlı tələbə Məlik Cahangirovla bağlı bəzi detallar məlum olub.
Minval.info Qafqazinfo-ya istinadən xəbər verir ki, Lerik rayon sakini olan gənc uzun müddətdir “Məlik Cahan” imzası ilə şeirlər yazırmış. O, son günlər sosial şəbəkədəki hesabında pessimist paylaşımlar edib və yaxın dostlarına özünü öldürəcəyini deyib.
İntihar etdiyi gün səhər saat 10:13-də bu məzmunda status yazıb: “Sabahınız xeyir, gözəl insanlar. Nə gözəl gündür belə”. Dostları isə bundan sonra hər şeyin qaydasında getdiyinə arxayın olublar, M.Cahan 16:45-də özünü dənizə ataraq intihar edib. Yanvarın 6-sı saat 12:58-də intiharına “52 saat 2 dəqiqə” qaldığını, yanvarın 8-i saat 15:59-da isə “1 saat 1 dəqiqə” qaldığını öz hesabında yazaraq paylaşıb.
Özünü dənizə atmadan bir saat öncə intihar edəcəyi yerin şəklini çəkərək şeirlə birlikdə paylaşıb.
M. Cahangirov Azərbaycan Dövlət Pedoqoji Universitetinin Coğrafiya fakültəsinin 4-cü kursunda təhsil alırmış. Bir ay sonra, fevralın 10-da M. Cahangirov 23-cü doğum gününü qeyd edəcəkdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?
Yasamalda şəhid Hüseyn Tağıyevin anım mərasimi keçirilib

