“Bizim hazırladığımız bütün verilişlərdə özünü bir aparıcı, seriallarda isə aktrisa kimi sınamış, göstərmiş və tamaşaçı tərəfindən böyük uğurlar, alqışlar qazanmış insan idi. Sonuncu günə qədər serialın çəkilişində idi”.

Bu sözləri Əməkdar artist Tünzalə Əliyeva ilə vida mərasimində olan “Soy production”ın rəhbəri Oqtay Əliyev Axşam.az-a açıqlamasında deyib.

“O, dayanmadan deyirdi ki, işləməliyəm və mənə heç nə olmayacaq. Biz də həqiqətən inanırdıq ki, keçib-gedəcək. Çox heyif ki, belə bir yaşında, zamanında, dövründə, hansı ki, parlayan, öz sözünü deyən vaxtda bizimlə vidalaşdı. Bütün bu insanların “Toppuş bacı” deyəndə üzü gülürdü, indi isə gözlərində yaş var. Bunu heç kim qəbul edə bilmir. İnanmazdım ki, onun üçün bu sözü deyəcəyəm: Allah rəhmət eləsin”.