Əhməd Obalı: “Səfirliyə hücum gərginliyi daha da artıracaq”
“İlk dəfə deyil ki, Azərbaycanın İrandakı səfirliyi hədəf seçilir. Bu hadisədə ilk növbədə İran dövləti cavabdeh olmalıdır. Çünki səfirlik hansı ölkədə yerləşirsə, onun qorunması ilə bağlı birinci məsuliyyət həmin ölkənin boynuna düşür”.
Bu sözləri “Günaz TV”-nin rəhbəri Əhməd Obalı bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə hücum edilməsi hadisəsinə münasibət bildirərkən deyib. Əhməd Obalı bu terrorda erməni “əli”nin olması ehtimalından da danışıb:
“Hazırda bu hadisədə Hizbullah təşkilatının və yaxud erməni “əli”nin olması haqda dəqiq söz demək mümkün deyil.
Yəqin ki, Azərbaycan dövləti İran dövlətindən tələb edəcək ki, hadisə törədənlər saxlanılıbsa, Azərbaycana təhvil verilsin. Xatırlayırsınızsa, bir müddət əvvəl İran səfirliyinin əli ilə Azərbaycanın Londondakı səfirliyinə hücum olunmuşdu. İndi də İranın özündə bu cür terror törədildi”.
“Bu hadisə İranla Azərbaycan arasındakı münasibəti daha da gərginləşdirə bilərmi?” sualına Əhməd Obalı bu cür cavab verib: “Əlbəttə ki, təsir edəcək. Çünki İran dövləti rəhbərlik səviyyəsindən başlayaraq hər zaman Azərbaycan Prezidentini, məmurlarını, dövlətini dolayısı yolla müxtəlif ittihamlar irli sürüb, terrorla təhdid edib. Buna görə də bu hadisədə ilk ittiham olunan İran dövləti və onun rəhbərliyi olmalıdır. Bu baxımdan deyə bilərik ki, bu hadisə İran-Azərbaycan arasındakı münasibəti daha da gərginləşdirəcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Daha bir nazirliyin əməkdaşı həbs edildi
Ərdoğan: “Polşaya raket atılması texniki səhv ola bilər”
Qəzada ölən hərbçi ilə bağlı nazirlikdən AÇIQLAMA
Neftin kəskin bahalaşması Azərbaycana nə vəd edir?
Leş ət satan “At Elçin”in saxlanılma görüntüləri - VİDEO
“Əgər Qarabağda ermənilər olmasa, sülhməramlılar da olmayacaq” - Kolerov
Elçin Əliyevin anası Rövşən Əkbərovun həbsindən danışdı