Əhməd bəy Ağaoğlunun nəvəsi vəfat edib
Azərbaycan maarifçilik cərəyanının ən aktiv nümayəndələrindən olan jurnalist, ictimai xadim Əhməd bəy Ağaoğlunun nəvəsi, rus ədəbiyyatı və marksist əsərlərinin tərcümələri ilə tanınan Tektaş Ağaoğlu 84 yaşında vəfat edib.
Minval.İnfo xəbər verir ki, yazar və tərcüməçi Tektaş Ağaoğlu ötən gün Şişlidəki Amerika Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, T.Ağaoğlu 1934-cü ildə İstanbulda anadan olub. Ankara Atatürk Liseyində orta təhsil alan yazar İngiltərədə Oksford Universitetinin Hüquq fakültəsini bitirib. O, “Ölümdən həyata” adlı kitabı ilə ədəbiyyat dünyasına addım atıb. 1973-ci ildə Marks və Engelsin əsərlərindən seçərək dərc etdiyi “Siyasət və Fəlsəfə” adlı əsərinə görə Tektaş Ağaoğlu 7 il yarım həbsə məhkum edilib, 5 ay həbsdə qalıb.
Yazarın bir sıra qəzet və jurnallarda məqalələri dərc olunub. O, Türkiyə Sosialist İşçi Partiyası, Birləşmiş Sosialist Partiyasına rəhbərlik edib. Bir neçə qəzet və jurnal dərc edən T.Ağaoğlu, BBC Radio-da da redaktor kimi fəaliyyət göstərib.
Minval.İnfo
ƏLAQƏLİ
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?
Qarabağda mina təmizləyənlərin hekayəsi festivallarda mübarizə aparır
Əməkdar artist Gülüstan Əliyeva illər sonra yenidən "Leyli" rolunda
Dilarə Kazımova məşhur mahnıya yeni nəfəs verdi
Tünzalə Ağayeva Zaqrebdə Azərbaycan musiqisini təmsil etdi
Röya Ayxanın yeni mahnısı "Baldır Yar" təqdim edildi
Əməkdar artistlər 24 il sonra eyni mahnını təkrar ifa etdilər
